Biznestalk (biznestalk.com) biznes təlimlərini həyata keçirən və Azərbaycanda internet bizneslərinin inkişaf etdirilməsi üzrə xidmətlər təklif edən bir fəaliyyətdir. Biznestalk komandası professional səviyyədə bizneslərə dəstək göstərməklə yanaşı həm də, ölkə-daxili və dünyada baş verən ən son biznes trendləri haqqında yenilikləri, xəbərləri, internetdə və sosial şəbəkələrdə yer alan maraqlı məlumatları, xüsusi təlim proqramlarını, rəqəmsal məhsulları və biznes xidmətlərini tərkibində cəmləşdirir. Bugünkü gündə – bu resurs müxtəlif biznes istiqamətləri üzrə onlayn sahibkarlıqla bağlı məlumat bazasına malik olan ən geniş və zəngin ünvandır. Məqsədimiz sizlərə – maraqlı, yeni, aktual, effektiv və yaradıcı bilikləri tədris etmək, Azərbaycanda onlayn biznesin inkişafına səmərəli şəkildə təsir etmək və faydalı ola biləcək insanlara yön göstərməkdir.